Bu il Bakı metrosuna 20 yeni nəsil vaqonun gətirilməsi planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar ilə bağlı keçirilən brifinqdə bildirib.
Nazir müavini qeyd edib ki, son illərdə Bakıda 7 metro stansiya və 1 depo inşa edilərək istifadəyə verilib:
“Bakıya 150 yeni nəsil vaqon gətirilərək istismara verilib. Nəticədə metroda istifadə olunan vaqonların yarısı artıq yeni nəsil vaqonlardır. Dəmiryolu sahəsində də mühüm işlər görülüb. İnşa edilən və modernizasiya olunan dəmiryolu xətlərinin ümumi uzunluğu 1500 kilometri keçib”.