RU

Rusiya Ermənistanın Aİ-yə üzvlük layihəsinə münasibət bildirib - ÖZƏL

Rusiya Ermənistanın Avropa İttifaqına ( Aİ) qoşulması layihəsini ölkənin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmasının başlanğıcı hesab edir. 

Olaylar.az xəbər verir ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk sənədi belə şərh edib.

"Biz Ermənistanda "Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında" qanun layihəsinin müzakirəsinə başlamasını Ermənistanın Aİİ-dən çıxmasının başlanğıcı hesab edirik. Rusiya Federasiyası Ermənistana qarşı iqtisadi siyasətini bu şəraiti nəzərə alaraq quracaq", - Overçuk bildirib.

Eyni zamanda baş nazirin müavini bu qərarı Ermənistanın suveren seçimi adlandırıb.

Bundan əvvəl Overçuk bildirib ki, Ermənistan Aİİ-dən çıxsa, ölkədə ərzaq və elektrik enerjisinin qiymətləri artacaq, ixrac da azalacaq. O əlavə edib ki, postsovet ölkəsi də ixracatın 70-80 faizini itirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
28
30
olaylar.az

10Источники