RU

Nazir müavini: "Bakıda kanat və funikulyorlardan daha çox əyləncə məqsədilə istifadə edilir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bakı şəhərində kanat və funikulyorlardan nəqliyyat vasitəsi kimi istifadə olunmasının nəqliyyata hər hansı töhfə verəcəyini düşünmürük".
Oxu.Az xəbər verir ki, bu sözləri "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" mövzusunda keçirilən mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O bildirib ki, kanat və funikulyorlardan bəzi yerlərdə əyləncə üçün istifadə olunduğunu görürük:
"Əgər relyef uyğundursa, həmin ərazilərdə bunlardan nəqliyyat vasitəsi kimi istifadə oluna bilər. Lakin Bakıda nə qədər eniş-yoxuş var ki, bunlardan istifadə nəqliyyata öz töhfəsini versin? Bakıda onlardan daha çox əyləncə məqsədilə istifadə edilir".
Aygün Mirakif
Избранный
30
50
oxu.az

10Источники