RU

Roma Papası Qəzzadakı humanitar vəziyyəti qiymətləndirib

Katoliklərin ruhani lideri Roma Papası Fransisk Qəzzada “çox ciddi  humanitar vəziyyətin” olduğunu qeyd edərək atəşkəslə bağlı çağırışını təkrarlayıb.

İtaliyanın ANSA agentliyinin məlumatına görə, Roma Papası diplomatlarla görüşüb.

Qəzzada “çox ciddi  humanitar vəziyyətin” olduğunu bildirən Roma Papası atəşkəslə bağlı çağırışını təkrarlayıb.

"Mən Fələstin xalqına bütün lazımi yardımların göstərilməsinə çağırıram", - deyə Roma Papası bildirib. 

Qəzzada tərəflərin dialoqu yenidən bərpa edəcəyinə ümid edən Roma Papası deyib: “Gələcək nəsillərin sülh və təhlükəsizlik içində yan-yana yaşaya bilir, Qüds isə xristianların, yəhudilərin və müsəlmanların hörmət içində yaşadığı şəhər ola bilər''.

Yeni “dünya müharibəsi” təhlükəsinin artdığını vurğulayan Roma Papası diplomatiya və dialoqa çağırıb.



Избранный
25
trt.net.tr

1Источники