Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Fərat Qalxanı bölgəsində və Suriyanın şimalında müəyyən edilən 20 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki,Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, "Terrorçular onları gözləyən sondan qaça bilməz və qaça bilməyəcək. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Fərat Qalxanı bölgəsində və Suriyanın şimalında müəyyən edilən 20 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Terror təşkilatlarına qarşı mübarizəmiz , harada olurlarsa olsunlar, "Son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək",-deyə qeyd edilib.
Nigar