RU

Ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir- ÖZƏL

"Artıq uzun illərdir aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub və gələcək illərdə bu dinamika qorunub saxlanılacaq". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağalar Vəliyev deyib: "Təkcə keçən il ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektoru 6 faizdən, qeyri-neft sənayesi isə 7 faizdən çox artıb. Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir ki, bu sahədə ölkəmiz dünyada liderlər sırasındadır. Eyni zamanda, ötən il valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Valyuta ehtiyatlarımızın xarici borcu 14 dəfə üstələməsi, bu ilin dövlət büdcəsinin Azərbaycan tarixində ən böyük - rekord səviyyədə - büdcə xərcləri 41 milyard manatdan, icmal büdcənin isə 48 milyard manatdan çox olması ölkəmizin dayanıqlı maliyyə resurslarına malik olduğunu sübut edir". 
Deputat qeyd edib ki, bu gün Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına da səbəb olub: "Təsadüfi deyil ki,  bu ilin yanvarından minimum əməkhaqqı və pensiyanın məbləği artırılıb. Qarabağın, Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosessi kimi nəhəng və yüksək maliyyə tələb edən çağırışla üz-üzə qalan Azərbaycanın vətəndaş rifahına bu qədər böyük diqqət ayırması dövlət siyasətinin mahiyyətini göstərir. Onu nümayiş etdirir ki, ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники