RU

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev “Rəqəmsal ekologiya” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, qərara alınıb ki, “Rəqəmsal ekologiya” informasiya sistemi yaradılsın və “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin.

Müəyyən edilib ki, “Rəqəmsal ekologiya” informasiya sistemi (REİS) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Nazirliyin fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin əlçatanlığını təmin edir.

REİS-in sahibi funksiyalarını Nazirlik, operatoru funksiyalarını isə Nazirliyin tabeliyindəki “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxs həyata keçirir.

Избранный
17
4
vergiler.az

10Источники