Müəllif: Gülnar Əhmədli, Banco.az
İndoneziya 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 178 milyon 463 min dollar dəyərində neft idxal edib. Bu, illik müqayisədə 28 milyon 253 min dollar və ya 18,8% çoxdur.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə İndoneziyanın idxal etdiyi neftin həcmi 310 min 833 ton olub. Bu isə illik müqayisədə 89 min 749 ton və ya 40,6% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin 11 ayında il İtaliya Azərbaycanın xam neft ixrac etdiyi əsas ölkə olub. İkinci yerdə Çexiya, üçüncü isə Xorvatiya olub.