RU

Naxçıvandasahibkarlaraverilən icazələrin sayı 14 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, 2024-cü ildə İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara 97 lisenziya verilib, büdcəyə 53,3 min manat vəsait ödənilib.

Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 5374 icazə reyestrdə qeydiyyata alınıb, 2023-cü illə müqayisədə icazələr 14,3 dəfə, verilmiş icazələrdən büdcəyə daxilolmalar isə 87,1 faiz artıb.

Mənşə sertifikatlarının sayı 22 faiz artıb 

 Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 2024-cü ildə 360 mənşə sertifikatı verilib ki, bu da 2023-cü illə müqayisədə 21,6 faiz çoxdur. 

2024-cü ildə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2023-cü illə müqayisədə 3,6 dəfə artıb.

Избранный
18
1
marja.az

2Источники