Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində SosialXidmətlər Agentliyinin bu il daha 5 sosial xidmət mərkəzifəaliyyətə başlayacaq.
Trend xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, onlardan 2-si Bakıda, digərləri Hacıqabul, Göyçayvə Ağdam rayonlarında açılacaq.
Sosial xidmət mərkəzlərində sosial işçi, psixoloq, sosialpedaqoq, loqoped və aktiv terapevtlər tərəfindən əlilliyi olanuşaqlara və sosial xidmətə ehtiyacı olan digər şəxslərə, ailələrəsosial-reabilitasiya xidmətləri göstəriləcək.
Bununla da sosial xidmət mərkəzlərinin sayı 10-açatdırılacaq.
Hazırda Abşeron, Sabunçu, Nərimanov, Yasamal sosial xidmətmərkəzləri və Sumqayıt sosial xidmət kabineti fəaliyyətgöstərir.
Həmin mərkəzlərdə əlilliyi olan uşaqlara və digər həssaskateqoriyadan olan şəxslərə sosial-psixoloji yardım xidmətigöstərilir, onların cəmiyyətə uğurlu inteqrasiyası üçün sosialtədbirlər həyata keçirilir.