Ajans.az xəbər verir ki, bu barədə qərar Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə elan edilib.
Belə ki, təqsirləndirilən şəxsin vəkili məhkəmə qarşısında vəsatət qaldırıb.
Vəsatətdə göstərilib ki, tiktoker xanımın autizmdən əziyyət çəkən 4 yaşlı övladı var.
Qısa müşavirədən sonra məhkəmə humanist addım ataraq vəsatəti təmin edib və Fatimə Şeydabəyova ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.