RU

Azərbaycanda daha bir plastik əməliyyatda vəziyyəti ağırlaşan qadının ailəsi DANIŞDI VİDEO

Burun əməliyyatı etdirdi, komaya düşdü...

Xezerxeber.az-ın xəbərinə görə, 30 yaşlı Nəzrin Mansurovanın yaxınları deyirlər ki, burun əməliyyatı olmaq üçün paytaxtda yerləşən özəl klinikaların birində Sənan Mehdiyev adlı həkimə müraciət edib. O, yanvarın 3-ü əməliyyat olduqdan 1 gün sonra halı kəskin pisləşərək koma vəziyyətinə düşüb.

Pasiyentin atası iddia edir ki, qızı həkim səhvi ucbatından komaya düşüb.

Səsləndirilən iddialarla bağlı Nəzrin Mansurovanı əməliyyat edən həkim Sənan Mehdiyevlə əlaqə saxladıq. O, "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, pasiyent əməliyyatdan sonra sağlam şəkildə evə yola salınıb. 

Nəzrin Məmmədovanın hazırda müalicə aldığı klinikadan isə “Xəzər Xəbər”ə bildirildi ki, hazırda Nəzrin Mansurovanın vəziyyəti ağır olduğundan süni tənəffüs aparatına qoşulub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Yoxlama başa çatdıqdan sonra nəticəsi barədə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
48
1
xezerxeber.az

2Источники