“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola futbol klubu alıb-almayacağı barədə suaları cavablandırıb.
QOL.az xəbər verir ki, mütəxəssis klubun saytına açıqlamasında belə bir niyyətinin olmadığını deyib:
“Bəzən yaxşı məşqçi oluram. Amma bir iş adamı kimi yaxşı deyiləm. Futbol klubu almaq mənə maraqlı deyil”.
Qeyd edək ki, Qvardiola 2016-cı ildə İngiltərə klubunun baş məşqçisi vəzifəsini yerinə yetirir. Qvardiolanın rəhbərliyi altında "şəhərlilər" 6 dəfə Premyer Liqanın, 1 dəfə isə Çempionlar Liqasının qalibi olub.
“Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 6-cı yerdədir. Komandanın 20 turdan sonra 34 xalı var.