RU

Azərbaycanda 7,5 milyon manatlıq şirkət səhmlərini dövriyyədən çıxarır

“Azərbaycan Duz İstehsalat Birliyi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) təşkilati-hüquqi formasını dəyişir.

Valyuta.Az-ın verdiyi məlumata görə, şirkət Məhdud Məsuliyyətli Cəmiyyətə çevrildiyini elan edib.

Məlumata görə, yenidən təşkil edilməsi ilə əlaqədar olaraq “Azərbaycan Duz İstehsalat Birliyi” QSC-nin hər birinin nominal dəyəri 1 000 manat olan 7 500 ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır.

Qeyd edək ki, “Azərbaycan Duz İstehsalat Birliyi” 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Talıbov Nağı Səməd oğludur.

Şirkət 7 500 000 manat nizamnamə kapitalına malikdir.

©Trend

Избранный
9
2
valyuta.az

3Источники