Alman mediası anbarlarında təxminən 100 min ton neft olan “Eventin” tankerinin Baltik dənizində sürükləndiyini yazıb. Bu məlumatı dərc edən “Bild” və “Spegiel” qəzetləri Dəniz Fövqəladə Halların İdarə Olunması Agentliyinə istinadən xəbər yayıb.
Tanker Baltik dənizinin cənub-şərq sularındadır və şimala doğru sürüklənir. Gəmi manevr edə bilmir, lakin ətraf mühit üçün təhlükə yaratmır, çünki dəniz xilasedicilərinin bildirdiyinə görə, neft çənləri bağlanıb.
Almaniya mətbuatında dərc olunan xəbər “Meduza” qəzetinin diqqətini çəkib. Qeyd olunur ki, "Eventin" tankeri Panama bayrağı altında dənizdə üzür. Yanvarın 6-da o, Rusiyanın Leninqrad vilayətinin Kinqisepp rayonundakı Ust-Luqa limanından çıxıb və Misirin Port-Səidinə gedirmiş. O, sonuncu dəfə koordinatlarını yanvarın 10-da səhər tezdən ötürüb.
“Eventin” 2006-cı ildə tikilib, sahibləri məlum deyil.
“AzPolitika.info”