Bakı. Trend:
İslam maliyyə prinsipləri iqlim dəyişikliyi ilə mübarizədə vədayanıqlı inkişafın dəstəklənməsində mühüm rol oynayır.
Bu barədə Trend-ə eksklüzivmüsahibəsində İslam İnkişaf Bankı Qrupunun (İİB) sədri MühəmmədSüleyman Əl-Cəssir məlumat verib.
“Buna risklərin bölüşdürülməsi mexanizmi ilə nail olmaq olar.Risklərin bölüşdürülməsi zamanı maliyyə əməliyyatlarında kreditorvə borc götürənin müştərək məsuliyyət daşımış olur. Bundan başqa,İslam maliyyəsi nə ayrı-ayrı fərdlərə, nə də ki, ümumilikdəcəmiyyətə hər hansı zərər vurmayan halal fəaliyyətlərindəstəklənməsinə yönəlmiş etik investisiyalara xüsusi diqqət ayırır.Vacib aspektlərdən biri də sosial rifahın yaxşılaşmasına vəiqtisadi ədalətə hədəflənmiş sosial ədalət prinsipidir ki, bu da öznövbəsində yoxsulluq səviyyəsinin və bərabərsizliyin azalmasına öztöhvələrini verir”, - deyə o bildirib.
Əl-Cəssirin sözlərinə görə, İİB Qrupu iqlim dəyişikliyi iləeffektiv mübarizə və davamlı inkişafa vasitəçilik etmək məqsədiləislami maliyyə resurslarından istifadə edir.
“Qrupun əsas fəaliyyəti dayanıqlı infrastrukturunmaliyyələşdirilməsinə yönəlib ki, bu da onu uzunmüddətli dayanıqlıinkişafa təkan verən investisiyalar sahəsində liderə çevirir. Busəylər çərçivəsində İİB Qrupu enerji səmərəliliyi olan binalarıninşası, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi, suresurslarının idarəolunmasına hədəflənmiş innovativ çözümlərinyaradılması kimi layihələri maliyyələşdirir. Biz öz resurslarımızıbu kimi layihələrin dəstəklənməsinə yönəltməyi aktiv şəkildə davamedirik və bu layihələrin tam olaraq dayanıqlı inkişaf prinsiplərinəuyğun şəkildə hazırlanması və gerçəkləşdirilməsinə zəmanət veririk.Bu müdaxilələr aşağıda qeyd olunanlar sayəsində mümkün olub.
1. İİB tərəfindən bərpaolunan enerji, təmiz nəqliyyat və digərekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq edən layihələrimaliyyələşdirmək üçün istifadə edilən əsas İslam maliyyəsinin vacibalətlərindən biri "Yaşıl Sukuk".
Bu innovativ alətin köməyi ilə İİB maliyyəsi iqlim dəyişikliyiilə mübarizə və dayanıqlı inkişaf üzrə hədəflərə çatmaları üçün 57üzv-dövlətə dəstək göstərir. Bu “sukuk” buraxılışları ətraf mühitəmüsbət təsir göstərən layihələrə kifayət qədər böyük kapital cəlbedib.
“Yaşıl” sukuklardan istifadə etməklə İİB bərpaolunan enerjimənbələrinə, dayanıqlı kənd təsərrüfatına və digər ekoloji təmiztəşəbbüslərə əhəmiyyətli investisiyaların cəlb olunması üçün lazımımiqdarda vəsait səfərbər edir. Son beş il ərzində öz dayanıqlımaliyyə strukturumuz çərçivəsində biz üzv-dövlətlərimizə dəstəkolaraq, sukuka qoyulan yaşılı və dayanıqlı investisiyalar daxilolmaqla, 8 milyard dollardan çox vəsait ayırmışıq. Bu modelçərçivəsində maliyyələşən bəzi layihələrə 337 milyon ABŞ dollarıməbləğində Seneqalın Dakar- Blez-Dian Beynəlxalq Hava Limanı (AİBD)arasında regional ekspress qatar xəttinin inşası, Türkiyədə təmizenerji istehsalı üçün 600 Meqavat gücdə “Aşağı Kaleköy” su bəndinininşası, həmçinin adıçəkilən ölkədə 200 mindən iri günəş panelləriilə təchiz olunmuş çoxsaylı günəş elektrik stansiyalarının inşasıdaxildir.
2. Dövlət-özəl tərəfdaşlığı (DÖT). Bizim DÖT maliyyələşməmodelimizin və göstərdiyimiz konsultativ xidmətlərin köməkliyi iləbiz iri miqyaslı iqlim layihələrinə özəl investisiyaların cəlbolunmasına aktiv şəkildə vasitəçilik edirik. Bura günəş və suenergetikası sahəsinə aid təşəbbüslər, o cümlədən Asuanda (Misir)Ben Ban Solar kimi irimiqyaslı layihələr daxildir. Bu layihəregionun ən iri günəş enerji komplekslərindən sayılır və Misirdədayanıqlı energetikanın inkişafında mühüm rol oynayır.
3. Texniki dəstək yolu ilə üzv-dövlətlərin potensialınınartırılması. İİB olaraq biz maraqlı tərəflərin bilik vəbacarıqlarının inkişaf etdirilməsi məqsədilə iştirakçı ölkələrimizəvə maliyyə vasitəçilərinə tədris məsələlərində aktiv şəkildətexniki yardım və dəstək göstərməkdəyik. Bu öz növbəsində dayanıqlıiqlim layihələrinin yaradılmasına və dayanıqlı inkişaf məqsədlərinəçatmağa köməklik göstərən məhsulların daha geniş yeridilməsinəvasitəçilik edir. Məsələn, Qərbi Afrikanın altı ölkəsini əhatə edənSahel bölgəsində kənd təsərrüfatı üzrə iqlim dayanıqlı proqramlarırealizə olunur. Bura quraqlığa davamlı bitkiləri və suya qənaətedən çözümləri ehtiva edən sahələrdə potensialın artırılmasınayönəlmiş vacib komponentlər daxildir.
4. İslam maliyyəsi və iqlim ədaləti. İslam bankçılıq- cəmiyyətiəsas diqqəti sosial ədalət və ictimai rifaha dəstəyə yönəldir vəbununla da Dayanıqlı İnkişaf məqsədlərinə uyğun olan təşəbbüslərə,məsələn, yoxsulluğun aradan qaldırılması, təhsil və səhiyyəsisteminin inkişafına vasitəçilik edir. Bu kimi təşəbbüslər iqlimdəyişikliyi kontekstində ədalətli və dürüst keçidin təminolunmasında həlledici rol oynayır. İİB Qrupu öz üzv dövlətlərinəədalətli və dürüst dəstəyin göstərilməsi yollarını aktiv şəkildəaraşdırır və bununla da onların iqtisadi artımı və inkişafınavasitəçilik edir və eyni zamanda planetin qorunması üçün lazımıölçülər götürür”, - deyə o bildirib.