ABŞ və Cənubi Koreyanın nüvə planlaşdırması üzrə məsləhətçi qrupunun iclasının yekunlarına dair yayımlanan bəyanatda bildirilib ki, Şimali Koreya tərəfindən ABŞ və ya onun müttəfiqlərinə qarşı nüvə silahının tətbiqi ciddi nəticələrə səbəb olacaq.Pentaqonun saytında dərc olunan bəyanatda vurğulanıb:"Nüvə silahından istifadə Şimali Koreya "rejiminin sonu" ilə nəticələnəcək və ABŞ, həmçinin onun müttəfiqləri tərəfindən qəti cavabla qarşılanacaq."Bu xəbərdarlıq, Şimali Koreyanın son aylarda ballistik raket sınaqlarını artırması və nüvə silahından istifadə ilə bağlı təhdidlər səsləndirməsi fonunda gəlib. ABŞ və Cənubi Koreya isə öz müdafiə imkanlarını gücləndirmək məqsədilə birgə hərbi təlimlər keçirir və strateji nüvə qüvvələrinin hazır vəziyyətdə olduğunu bəyan edir.ABŞ və Cənubi Koreya liderləri vurğulayıblar ki, Pxenyanın təxribat xarakterli addımları regiondakı təhlükəsizliyə birbaşa təhdiddir. Hər iki tərəf Şimali Koreyanın istənilən nüvə hücumuna qarşı ən güclü cavabı vermək üçün müttəfiqlik öhdəliklərinə sadiq olduqlarını bəyan edib.İclasdan sonra yayımlanan bəyanat bir daha göstərir ki, ABŞ və Cənubi Koreya Pxenyanın nüvə təhdidlərinə qarşı sərt mövqe tutur. Beynəlxalq ictimaiyyət bu vəziyyətin daha da gərginləşməməsi üçün tərəfləri dialoqa çağırır, lakin Pxenyanın aqressiv ritorikası və ABŞ-ın hərbi mövqeyi gərginliyi artırmağa davam edir.Səidə Mustafa
Diqqət Çəkənlər
Niyə biz xainlərə etibar edirik - Araşdırma
Uzun müddət qəbul edilən B6 vitamini sinir toxumasıni zədələyə bilər
CNN: ABŞ-da meşə yanğınları zamanı talançılıq etdikləri üçün təxminən 20 nəfər həbs edilib