RU

Azərbaycan Serbiyaya qaz tədarükünü dayandırıb

Azərbaycan Serbiyaya “Şahdəniz” yatağında yaranan problemlərə görə, 1,7 milyon kubmetr qaz tədarükünü dayandırmaq məcburiyyətində qaldığını bildirib.

Azpost bildirir ki, u barədə prezident Aleksandr Vuçiç bildirib.

Vuçiç vurğulayıb ki, Bakı Belqrada xəbərdarlıq edib ki, qaz təchizatının bərpasına nə qədər vaxt lazım olacağına dair dəqiqlik və ya aydınlıq yoxdur.

“Pis xəbər heç vaxt tək gəlmir. Biz azərbaycanlı dostlarımızdan bildiriş almışıq ki, “Şahdəniz” yatağındakı öhdəsindən gəlmək mümkün olmayan çətinliklərə, problemlərə görə bu gündən aldığımız gündəlik 1,7 milyon kubmetr qaza arxalana bilmirik”.

Serbiya prezidentinin sözlərinə görə, bu o deməkdir ki, ölkə “öz ehtiyatlarını getdikcə daha çox istifadəyə başlayır.

Vuçiç əlavə edib ki, ölkənin qış mövsümü üçün kifayət qədər enerji ehtiyatı var. O, Azərbaycandan qazın nəqlinin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib.

 

 

Избранный
12
azpost.info

1Источники