RU

bp Bolqarıstan və Serbiyaya qazın dayandırılmasının səbəblərini açıqlayıb

BAKU, Azerbaijan, January 11. “Şahdəniz Alfa”(SDA) platforması ilə Səngəçal terminalı arasında sualtı kondensatixrac xəttində texniki nasazlıq aşkar edilib.

Bu barədə "bp Azərbaycan" Bolqarıstan və Serbiyaya qazınnəqlinin dayandırılması ilə bağlı Trend-in sorğusuna cavab olaraqbildirib.

“Əməliyyat səbəbi ilə SDA platformasından istehsal və ixracmüvəqqəti olaraq dayandırılıb və platformanın özü təhlükəsizşəkildə bağlanıb. Platformada şəxsi heyət üçün heç bir təhlükəyoxdur və ətraf mühitə heç bir təsir qeydə alınmayıb. Bütün dənizobyektləri, o cümlədən SDA platforması və boru kəməri də təhlükəsizvəziyyətdədir”, - deyə şirkət bildirib.

bp-nin qeyd etdiyi kimi, hazırda nasazlığın aradan qaldırılmasıvə mümkün qədər tez normal fəaliyyətinin bərpası istiqamətindəişlər aparılır.

Qeyd edək ki, Serbiya Prezidenti Aleksandr Vuçiç bu gün bildiribki, Azərbaycan “Şahdəniz” yatağında yaranan texniki nasazlıqlaragörə gündəlik 1,7 milyon kubmetr həcmində qaz nəqlinindayandırılması ilə bağlı Serbiya tərəfini xəbərdar edib.

Bundan əvvəl analoji səbəbdən Azərbaycandan Bolqarıstana təbiiqazın nəqli dayandırılmışdı. Bolqarıstanın enerji operatoru"Bulgargaz"ın verdiyi məlumata görə, 7 yanvar 2025-ci il tarixindənetibarən qaz təchizatı texniki səbəblərdən müvəqqəti olaraqdayandırılıb.

“Müvəqqəti dayandırılması barədə bildiriş 2025-ci il yanvarın6-da Azərbaycan tədarükçüsündən alınıb”, - deyə "Bulgargaz"bildirib.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) operatoruICGB AD Trend-in sorğusuna cavab olaraq bildirib ki, boru kəməritam işlək vəziyyətdədir.

“Biz həmçinin Azərbaycandan qaz təchizatının müvəqqəti olaraqdayandırılması barədə bildiriş aldıq. Eyni zamanda, ICGBinfrastrukturu tam işlək vəziyyətdədir və həmişəki kimi digərmüştəri müraciətlərinə xidmət göstərir. Problem bizim obyektlərləbağlı olmadığı üçün bu vəziyyətə səbəb olan texniki detallar bizəməlum deyil”, - deyə şirkət bildirib.

Избранный
44
5
az.trend.az

1Источники