“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev "Səbail"lə bu gün keçirdikləri yoxlama oyununu şərh edib.
Fanat.Az xəbər verir ki, klubun mətbuat xidməti onun oyunlar bağlı fikirlərini belə çatdırıb:
"Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı. Yenə hər hissədə fərqli heyətlə oynadıq. Hər kəsə eyni yükləməni verdik. Hər iki oyundan razı qaldıq. Hansı çatışmazlıqlar olduğunu hər iki matçda gördük. Qarşıdakı məşq proseslərində optimal formaya yaxınlaşacağıq".
Qeyd edək ki, “Səbail”ə 2:1 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisi iki gün əvvəl “Sumqayıt”la heç-heçə edib – 2:2.