Əgər hər ikisi istəsə, İsveçrə Vladimir Putin və Donald Trampın Ukrayna böhranının həlli ilə bağlı görüşünə ev sahibliyi etməyə hazırdır.
Axar.az xəbər verir ki, bunu İsveçrə xarici işlər naziri Nikola Bido deyib.
“Bürgenştokdakı sammitdən sonra Ukrayna, Rusiya və ABŞ sülhün bərqərar olması üçün istənilən diplomatik səyləri dəstəkləməyə hazır olduğumuz barədə mütəmadi olaraq məlumatlandırılıblar”, - Bido bildirib.