Braziliyanın Minas-Jerais ştatında torpaq sürüşməsi nəticəsində azı 9 nəfər ölüb.
Söz.az xəbər verir ki, bu barədə "CNN Brasil" yerli yanğınsöndürmə idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, daha bir nəfər itkin düşüb.
Ölənlərin hamısı sürüşmələrdən ən çox zərər çəkən İpatinga şəhərinin sakinləridir.
Ştat qubernatoru Romeu Zima dağıntıların miqyasını və lazım olan yardımın miqdarını qiymətləndirmək üçün yanvarın 13-də İpatingaya səfər etməyi planlaşdırır.