RU

Siyasi uğursuzluq sindromu və ətalət…

Siyasi uğursuzluq sindromu yaşayan Əli Kərimli düşdüyü ətalətdən xilas ola bilmir.

Onun sosial şəbəkələrdə şantaj xarakterli paylaşımlarının əsas hədəfi diqqəti özündən yayındırmağa hesablanıb. 

Azərbaycanın uğurları fonunda Əli Kərimlinin “post”ları, çağırışları o qədər eşidilməzdir ki, bəlkə özü də onu eşitmir. Bir dəfə müsbət siyasi nəticə əldə etməsi ilə yadda qalmayan Əli Kərimli indi də beynəlxalq və regional münasibətlərdə Azərbaycanın nə etməli olduğundan dəm vurur. Amma özünün nə etməli olduğundan və ya edə bilmədiklərindən danışmır.  

Əli Kərimlinin növbəti uydurma iddiası ondan ibarətdir ki, guya 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda “3+3” əməkdaşlıq platformasını dəstəkləməsi səhvdir. Onun növbəti avantürasından belə çıxır ki, Azərbaycan Ermənistanla sülhdən imtina etməli, İran və Rusiya kimi düşmənçilik siyasəti yürütməli, Qərbin maraqları naminə Ukrayna müharibəsində konkret tərəfini seçməli və bu müharibəyə açıq dəstək verməli idi. 

Təbii ki, bu qədər bəsit düşünən partiya sədrinin hansı siyasi məqsədlər güddüyü aydındır. Onun arzularından biri də Azərbaycanı bütün mənalarda hədəfə çevirmək və bu qarışıqlıqdan istifadə edərək nüfuz qazanmaq idi. Əli Kərimli və onun kimi düşünənlərin arzusu Azərbaycanı təhlükələrə və xaosa sürükləmək, böyük dövlətlərin münaqişə meydanına çevirməkdir. 

Müasir dünyada müharibələrin, ərazi iddialarının artdığı halda Azərbaycanın öz torpaqlarını azad edib, suverenliyini bərpa etməsi, sabitlik yaratması hazırda bir çox dövlətlər, onların liderləri, o cümlədən elə həmin ölkələrin xalqları tərəfindən təəccüblü qarşılanır.  

Əslində burada təəccüblü nəsə yoxdur. Azərbaycanın dövlət siyasəti sülhə, yaxın qonşuluq və mehriban dostluq prinsipinə əsaslanan iqtisadi əməkdaşlığı nəzərdə tutur. Eyni zamanda, ölkə rəhbərliyi Azərbaycanın dostunun da, düşməninin də kim olduğunu, hər kəslə necə davranmağın vacibliyini çox yaxşı bilir. 

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində hər şey açıq və aşkar deyilib. Sadəcə, həmin müsahibəyə diqqətlə qulaq asmaq və analiz etmək yetər. Prezident Azərbaycanın hansı siyasi iradə, qətiyyət və xətlə davam etdiyini bütün dünyaya çatdırdı. Dövlətin və şəxsən özünün Prezident olaraq hansı siyasi prinsiplərə söykəndiyini Azərbaycan xalqına bir daha söylədi. 

Əli Kərimlinin məsləhətinə, bəyanatlarına Azərbaycan xalqının və dövlətinin ehtiyacı yoxdur. Azərbaycanın işğal altndakı əraziləri azad etmək üçün apardığı müharibə belə, sülhə məcburetmə məqsədi daşıyıb. İndi isə münaqişə başa çatıb və Azərbaycan  qonşu dövlətlərə birgə əməkdaşlıq, dinc yanaşı yaşamağı təklif edir. Bu siyasəti yalnız Azərbaycanda sabitlik istəməyənlər tənqid edə bilərlər. 

Azərbaycan bu gün nəinki Cənubi Qafqazın, hətta dünyanın ən vacib nəqliyyat-tranzit qovşaqlarından birinə çevrilməkdədir. İstər “3+3” platformasının reallaşması, istərsə də Azərbaycanın təklif etdiyi digər layihə və təkliflər regionun sabitliyi, region xalqlarının dinc yanaşı yaşamaq formulunun əsas bazasını təşkil edir. 

Kərimli isə bu siyasətə - yəni regional sabitlik, xalqların dinc yanaşı yaşamaq prinsipinə qarşı çıxır.  

Partiyasında stabil durum yarada bilməyib bunu siyasi coşqunluq kimi qələmə verən Əli Kərimli bütün bacarıqlarını partiyasına həsr etsəydi, bəlkə də nəyəsə nail olardı. Lakin dağıdıcılıq xislətindən doğan təfəkkürlə partiyasının daxilində də elə bir vəziyyət yaradıb ki, daxili didişmələr ara vermir. Bütün bunlar isə sonda istefa və qarşılıqlı ittihamlara çevrilir.

Bunun fonunda Əli Kərimli görəsən, hansı regional proseslərdən danışır? Yaxud Əli Kərimli deyir ki, azərbaycanlıların da inkişafa, rifaha qovuşmasının, demokratiyanın və hüquqi dövlət qurmağın yolu Avropa İttifaqına inteqrasiya siyasətini hamılıqla seçməkdən asılıdır. Nə qədər gözəl səslənir bu sözlər.

Amma bunu demir ki, onun dediyi Avropa İttifaqı, onun aparıcı dövlətləri, Fransa, Niderland və s. ölkələrin liderləri tərəfindən cinayətkar “xunta” rejiminin başçılarının müdafiəsi demokratiya və ya hansı hüquqa uyğundur?

Yaxud doğrudan da, demokratiyaya bu qədər sadiqsənsə, partiyanın NTK-sının sədri Aydın Əliyevi niyə partiyadan zorakılıqla uzaqlaşdırıb aylarla məhkəməyə ayaq döyürdün? Axı demokratiya müxtəliffikirlilikdir. Demokratiyada kiminsə başqa cür düşünməsi onun partiya sıralarından xaric edilməsi üçün əsas olmur. 

Qurultayda alternativlik naminə olsa belə, sədrliyə namizədi hədəfə almaq demokratiyadırsa, onda deməyə söz qalmır. Rəhbər strukturlarda namizədi partiyadan çıxarmaq mümkün olmayanda,  “Facebook” profilində statusla “onu pariyadan çıxardın" yazmaq nə vaxtdan demokratiya sayılır? 

Əli Kərimli üçün demokratiya sadəcə gəlişigözəl sözdür və bundan istifadə etməklə cəmiyyəti, sosial şəbəkə istifadəçilərini manipulyasiya edir. Onun böyük siyasi məsələlərdən danışmasının da səbəbi məlumdur. Özü siyasi xaos qəhrəmanı olmağa vərdiş edib, daim ondan bəhrələnməyə çalışıb. Siyasi sabitlik anlayışı ona yaddır.

İndiyə qədər heç bir seçki prosesində iştirak etməyən və uğuru olmayan, hətta bələdyyə seçilərində belə siyasi nailiyyət əldə edə bilməyən Əli Kərimlinin böyük proseslərdən danışmasını cəmiyyət ironiya ilə qarşılayır.

Yaxın günlərdə bələdiyyə seçkiləri keçiriləcək. O sırada da nə Kərimlinin partiyasının adı var, nə də onunla birgə olan qeyrilərinin. Əli Kərimli də məhz illərlə arxasına salıb 32 il siyasi səhrada sərgərdan gəzdirdiklərinin başını qatmaq üçün mövzu axtarır. Bu dəfə ağlına “3+3” gəlib... 

Избранный
8
cebheinfo.az

1Источники