RU

Tayvanda Pekin tərəfindən cəlb edilən casusların sayı artıb

Tayvanda Çin üçün casusluq ittihamı ilə mühakimə olunanların sayı 2024-cü ildə əhəmiyyətli dərəcədə artıb.

Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi Tayvan Milli Təhlükəsizlik Bürosuna istinadən xəbər verir.

Agentliyin hesabatında qeyd olunur ki, 2024-cü ildə belə təqsirləndirilən şəxslərin sayı 64 nəfər olduğu halda, 2023-cü ildə bu rəqəm 48 olub. Belə cinayətlərə görə açılan işlərin sayı da artıb - 2021-ci ildə 3-dən 2024-cü ildə 15-ə qədər. Belə halların əhəmiyyətli bir hissəsi keçmiş və indiki hərbçiləridir. 2024-cü ildə Tayvanın 15 təqaüdçü və 28 fəal hərbi qulluqçusu məhkəmə qarşısına çıxarılıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
4
herbiand.az

1Источники