RU

“Bilirəm ki, bu kifayət etməyəcək” - Ayxan Abbasov nədən narazı qaldı?

“Şamaxı” dünən təlim-məşq toplanışı çərçivəsində “Sabah”la yoxlama oyunu keçirib. Masazırda 120 dəqiqə davam edən görüş ev sahiblərinin 2:0 qələbəsilə yekunlaşıb.

“Football-pıus.az” xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Ayxan Abbasov oyun barədə danışıb:

“Təlim-məşq toplanışı çərçivəsində son oyunumuzu keçirdik. Futbolçularda da yorğunluq hiss olunurdu. Üç hissəli oyunun iki hissəsində istədiyimiz tempi ala bildik. Yaxşı hücumlar oldu. Təəssüf ki, qola çevirə bilmədik. Bütün futbolçuları meydanda gördük. Çünki bizi irəlidə ağır marafon gözləyir. Bütün futbolçularımızın tam hazır olmasına ehtiyacımız var. Düzdü, yeni gələnlərə vaxt lazımdı. Həm xəstələndilər, həm də Andrey formadan uzaqdı. Amma bu oyunlar bizə imkan verdi ki, onları meydanda görək. Bu oyuna razılıq verəndə bir neçə futbolçumuz ayrıldı. Zahid komandadan getdi. Hücumçumuz da xəstələndi. Bunları düşünməmişdik. Fikirləşirdik ki, rahat heyətimiz var. Amma belə də olur. Çalışdıq ki, bölək, futbolçularımız o yükü alsın. “Qarabağ”la oyunumuz var. Futbolçularım yaxşı hazırlaşacaq, tam gümrah olacağıq. Yeni gələnlərə vaxt lazımdı. Amma bizim əvvəlki oyunçularımızın məşqdən-məşqə, oyundan-oyuna artırdığı göz önündədi. Amma bilirəm ki, bu kifayət etməyəcək. Daha təcrübəli olmalıdılar. Bu gün gənclərə şans verdik, bəzi kiçik səhvlərə yol verirlər. Bu da oyun və məşqlə qaydasına düşəcək”.

RÖYANƏ OĞUZ
Избранный
15
football-plus.az

1Источники