Braziliyada leysan yağışları sel və torpaq sürüşməsinə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, Minas Gerais ştatının İpatinga şəhərində baş verən torpaq sürüşmə nəticəsində biri 8 yaşlı uşaq olmaqla 10 nəfər ölüb.
Səlahiyyətlilər 1 nəfərin itkin düşdüyünü bildirib.
Qeyd edək ki, Latın Amerikası ölkəsi Braziliyada ötən il rekord miqdarda yağan yağışların səbəb olduğu daşqınlar ölkənin cənubunda 180-dən çox insanın ölümünə səbəb olub.