RU

“Barselona” tarixində 100-cü kubokunu qazandı

Ötən gün əzəli rəqibi Madrid “Real”ına 5:2 hesabıyla qalib gəlmiş İspaniyanın “Barselona” klubu tarixində 100-cü kubokunu qazanıb.

Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi bunu İspaniya Super Kubokunu qazanmaqla gerçəkləşib.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan görüşdə rəqibini darmadağın edən “Barsa” Kataloniyada keçirilən turnirlər nəzərə alınmadan tarixində 100-cü kubok qələbəsinə imza atıb.

İspaniya çempionatının 27 qat qalibi olan komanda ölkə kubokunu 31, Super Kuboku 15, Eva Duarte Kubokunu 3, İspaniya Liqa Kubokunu 2 dəfə başı üzərinə qaldırıb. Bundan əlavə, Kataloniya təmsilçisi UEFA Çempionlar Liqasını 5, Kuboklar Kubokunu 4, Avropa Super Kubokunu 5, Yarmarkalar Kubokunu 3, klublararası dünya çempionatını 3, Latin Kubokunu 2 dəfə qazanıb.

Əlavə edək ki, “Barselona”nın Kataloniya regional turnirlərində də 33 titulu var. Amma bunlar ümumi statistikada nəzərə alınmır.

“Barselona” “Real”la oyunda daha bir tarixi uğura imza atıb. Kataloniya klubu ilk dəfə Madrid təmsilçisinə qarşı oyunlarda ardıcıl iki dəfə 4 və ya daha çox qol vurmağı bacarıb. Komandalar arasında əvvəlki oyun İspaniya çempionatında “Santyaqo Bernabeu” stadionunda keçirilib və Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, İspaniya Super Kubokunun yarımfinalında “Barsa” “Atletik”dən güclü olmuşdu – 2:0. “Real” isə “Malyorka”ya qalib gəlmişdi – 3:0.

İspaniya çempionatının cari mövsümünün turnir cədvəlində Karlo Ançelottinin rəhbərlik etdiyi “Real” 43 xalla ikinci pillədə qərarlaşıb. Lider “Atletiko” ilə xal fərqi 1-ə bərabərdir. Üçüncü pillədə qərarlaşan “Barsa”nın hesabında 38 xal var.

Избранный
18
6
arena.az

7Источники