RU

Meyson Qrinvud - Liqa 1-də dekabrın ən yaxşı oyunçusu!

Fransanın “Olimpik” (Marsel) klubunun yarımmüdafiəçisi Meyson Qrinvud Liqa 1-də dekabrın ən yaxşı oyunçusu adına layiq görülüb.

Arena.az xəbər verir ki, 23 yaşlı ingilis futbolçu səsvermədə “Lill”in hücumçusu Conatan Devid və Lion “Olimpik”indən Rayan Şerkini qabaqlayıb.

Qrinvud dekabr ayında Liqa 1 çərçivəsində meydana çıxdığı 3 oyunda 2 qol vurub.

İngiltərə yığmasının sabiq üzvü ilk dəfə Liqa 1-də ayın ən yaxşı oyunçusu seçilir. Cari mövsümdə əvvəlki ayların qalibləri isə bu oyunçular olublar:

Sentyabr 2024 – Bredli Barkola (PSJ)
Oktyabr 2024 – Zuriko Davitaşvili (“Sent Etyen)
Noyabr 2024 – Conatan David (Lill)

Xatırladaq ki, Marsel “Olimpik”i Meyson Qrinvudu 2024-cü il iyulun 18-də “Mançester Yunayted”dən transfer edib. Keçid Fransa nəhənginə 26 milyon avro məbləğində başa gəlib. İngilis futbolçu Marsel “Olimpik”i ilə müddəti 2029-cu ilin iyun ayının sona qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Qrinvud Fransa nəhənginin heyətində heç də pis təsir bağışlamır. O, cari mövsümdə “Olimpik” üçün keçirdiyi 18 oyunda 12 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Qrinvud 2023/2024-cü illər mövsümünü icarə əsasında “Xetafe”də keçirib. İngilis hücumçu “Xetafe”nin heyətində 36 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Meyson Qrinvud 2020-ci ilin sentyabrında İngltərə yığmasının heyətində debüt edib, meydanda 12 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Yığmanın qapıları Qrinvud üçün demək olar ki, bağlıdır.

Qrinvud böyük futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı ingilis vingerin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Избранный
17
arena.az

1Источники