AzVision.az bildirir ki, İranın Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai belə açıqlama verib.
“Bu gün Cenevrədə İran və üç Avropa ölkəsi arasında danışıqlar gedir. Onlar bir sıra məsələləri əhatə edir və sabah da davam edəcək”, - Baqai ənənəvi brifinq zamanı deyib.
Qeyd edək ki, keçən il noyabrın 29-da İranın Xarici İşlər nazirlinin müavinləri Məcid Təxt-Rəvançi və Kazım Qəribabadi Cenevrədə Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə Tehranın nüvə proqramı məsələlərini müzakirə etmək üçün görüşüblər.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта