RU

Əyalət mollalarının TƏRBİYƏSİZLİYİ: Tehranın üzrxahlığı NİYƏ GECİKİR? – FOTO

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İran mollalarının Azərbaycana qarşı son vaxtlar səsləndirdikləri qeyri-adekvat fikirlərə münasibət bildirib. Ölkə lideri İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri “təhqir” adlandırıb. O, rəsmi Tehranın Azərbaycan xalqından üzr istəməsini tələb edib.

Lakin nə rəsmi Tehran, nə də əyalət mollası Amuli səsini çıxarmayıb. Əvəzində İranın ali dini rəhbəri Əli Xameneinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələr işlədib. Bununla da İran rəsmiləri növbəti dəfə Azərbaycan və Türkiyə prezidentlərinə düşmənçiliyini nümayiş etdiriblər.

Əyalət mollalarının TƏRBİYƏSİZLİYİ: <span style=color:red>Tehranın üzrxahlığı NİYƏ GECİKİR? - FOTO

Maraqlıdır, İranın əyalət mollaları Türkiyə və Azərbaycan liderlərini nə üçün hədəfə alırlar? İranda bütün qərarların qəbuluna görə məsuliyyət daşıyan ali dini rəhbər Əli Xamenei baş verənlər fonunda nə üçün susur?

Mövzu ilə bağlı Medianews.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, İran həmişə Azərbaycanla münasibətlərin gərgin olmasında maraqlı olub.

Əyalət mollalarının TƏRBİYƏSİZLİYİ: <span style=color:red>Tehranın üzrxahlığı NİYƏ GECİKİR? - FOTO

Onun sözlərinə görə, bu münasibətin müqabilində Azərbaycan daim çalışıb ki, İranla əlaqələr müsbət yöndə inkişaf etsin, qonşuluq prinsipləri qorunsun: “Azərbaycan heç bir zaman öz ərazisindən İrana qarşı üçüncü qüvvələrin istifadəsinə icazə verməyib. İran hökuməti bunu çox yaxşı bildiyi halda, Azərbaycanla gərgin münasibətlərin davam etməsi üçün müxtəlif bəhanələr uydurub. Hazırda biz, İranın əyalət mollalarının tərbiyəsizliyi fonunda bu prosesi yenidən müşahidə edirik”.

Əyalət mollalarının TƏRBİYƏSİZLİYİ: <span style=color:red>Tehranın üzrxahlığı NİYƏ GECİKİR? - FOTO

Ə.Zülfüqaroğlu əlavə edib ki, İranın beynəlxalq mövqelərinin zərbə almasının səbəbkarı nə Azərbaycan, nə də Türkiyədir: “İranın illərlə yürütdüyü siyasətin bumeranq effekti müşahidə olunur. Suriyadakı proseslər, İranın dəstək verdiyi cinayətkar Bəşər Əsədin devrilməsi, Türkiyənin burada güclü mövqelərə sahib olması, Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri İranı narahat edir. İran hesab edir ki, Suriyada proseslərdən kənarda qalması Türkiyənin yürütdüyü siyasətin nəticəsidir. Buna görə də Türkiyəyə qarşı düşmən mövqedən çıxış edir. Halbuki Türkiyə beynəlxalq platformalarda İranı müdafiə edib və ona qarşı sanksiyaların əleyhinə olub”.

Əyalət mollalarının TƏRBİYƏSİZLİYİ: <span style=color:red>Tehranın üzrxahlığı NİYƏ GECİKİR? - FOTO

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Avropa İttifaqı müşahidə missiyası adı altında NATO-nu bölgəyə gətirən Azərbaycan yox, Ermənistandır: “Yəni İran bəhanə olaraq, nəzəri cəhətdən Azərbaycanı hədəfə aldığı məsələləri Ermənistan praktiki olaraq həyata keçirir. Amma buna rəğmən İran nəinki Ermənistanı ittiham edir, əksinə Ermənistanla hərbi-siyasi əməkdaşlığını genişləndirməyə çalışır. Təkcə bu fakt İranın əsil niyyətini ortaya qoyur”.

Əyalət mollalarının TƏRBİYƏSİZLİYİ: <span style=color:red>Tehranın üzrxahlığı NİYƏ GECİKİR? - FOTO

Ə.Zülfüqaroğlu vurğulayıb ki, İranın Azərbaycana qarşı aqressiyasının heç bir əsası yoxdur və bu cür siyasətin həyata keçirilməsi İranın özünə zərər verəcək: “İran beynəlxalq təcrid vəziyyətində yaşayır və ətrafında həlqə getdikcə daraldır. Buna görə, ən azı regional müstəvidə bu cür siyasət yürütmək intihar deməkdir”.

Ərtürk İSMAYIL

Избранный
18
medianews.az

1Источники