RU

İcma sözçüsü: Ermənistanla dialoqa Qayıdış Konsepsiyasında nəzərdə tutulan müddəaları əsas götürərək gedə bilərik

Ermənistan tərəfdən əgər Qərbi Azərbaycan İcmasının dialoq çağırışına cavab gələrsə və görüş baş tutarsa, əlbəttə bu görüşə ilkin olaraq Qayıdış Konsepsiyasında nəzərdə tutulan bəndlərdəki təkliflərlə gediləcək.

Bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

O xatırladıb ki, 26 yanvar 2023-cü ildə qəbul edilən Qayıdış Konsepsiyası İcmanın əsas sənədidir və icmanın fəaliyyəti ilə bağlı bütün məqamlar orda yer alıb:

“Konsepsiyada da bildirildiyi kimi, müzakirənin ana mövzusu Qərbi Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış olmalıdır. Soydaşlarımız ötən əsr ərzində mərhələlərlə ata-baba yurdlarından deportasiya olunublar, bu proses 1987-1991-ci illərin deportasiyası ilə yekunlaşıb. Qərbi Azərbaycanlıların Ümumdünya İnsan haqları bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan qayıdış hüququ təmin olunmalıdır”.

Ü.Zülfiqar vurğulayıb ki, daha sonra qayıdış prosesindən irəli gələn digər məsələlər həll edilməlidir.

Избранный
17
4
aznews.az

4Источники