UNESCO-nun Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası komitəsinin diqqətinə
Bu bir sirr deyil ki, Azərbaycan mətbəxi təkcə Şərqdə deyil, dünyada məhşurdur və hər zaman rəğbətlə qarşılanır. Azərbaycan mətbəxinin zənginliyini hələ qədim zamanlardan Azərbaycana səyahət edən tarixçilər , səyahətçilər öz yazılı mənbələrində qeyd edir. Azərbaycan mətbəxi olduqca zəngindir. Məhz Azərbaycan mətbəxinə aid xörəklər – dolma, bozbaş, bozartma, çığırtma, xəşil, kabab, piti, plov, qovurma – Qafqazın bir çox xalqlarının milli menyusuna daxil edilmişdir.
Azərbaycan mətbəxinin dünyada ən çox tanınan yeməklərindən biri də şübhəsiz ki, paxlavadır. Baxmayaraq ki Şərq və Türk toplumlarında paxlava geniş yayılıb , lakin Azərbaycan paxlavasının həm görnüşü həm xəmirinin hazırlanma texnikası ilə digər toplumlarda hazırlanan paxlavalardan fərqlənir. Azərbaycan paxlavası milli koloritə malikdir. Azərbaycan paxlavasının içliyi əsasən qoz, fındıq və badamdan hazırlanir.
Kəsiliş forması isə ulduzu simvolizə edir. Azərbaycanda paxlava bir növlə məhdudlaşmır, onun müxtəlif çeşidləri var ( Bakı paxlavası, Şəki paxlavası, Quba paxlavası, Ordubad paxlavası və s.) On iki qatlı hazırlanan Bakı paxlavası, paxlavanın ən qədim klassik növüdür. Bu fakt amerikalı qida yazarı Charles Perry tərəfindən də qeydə alınıb. (Charles Perry, "The Taste for Layered Bread among the Nomadic Turks and the Central Asian Origins of Baklava", in A Taste of Thyme: Culinary Cultures of the Middle East (ed. Sami Zubaida, Richard Tapper), 1994. ISBN 1-86064-603-4) Azərbaycanda paxlava o qədər geniş yayılmışdır ki, onunla bağlı müxtəlif ənənələr mövcuddur. Bu ənənələrin başında xüsusən, Novruz bayramı və Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, hava və torpaq) ilə əlaqədar olan çərşənbələrin əsas simvollarından biri paxlava sayılır. Paxlava bayram süfrələrinin bəzəyi olmaqla bərabər, bayram günlərində ətrafınızdakı doğmalarla, dostlarla sevincini paylaşmaq üçün hədiyyə edilən“bayram sovqatı”nın əsas atributlarından biridir.
Başqa bir ənənə isə nişan və toy mərasimlərində, bayram günlərində oğlan və ya qız evinin göndərdiyi şirniyyatlar ilə birlikdə gəlinə və ya bəyə paxlava tabağı da hədiyyə edilməsidir. Azərbaycanda şirniyyat tabağı xalq dilində xüsusi olaraq “ xonça” adlanır. Paxlavanı hazırlamaq xalq arsında məxsusi önəm daşıdığı üçün onu hazırlayan aşpazlar xüsusi seçilməli xəmiri dadlı olmalı və nazik yaymalı, ulduz formasında olan kəsimi isə səliqəli edilməlidir.
Azərbaycan mətbəx mədəniyyətində paxlavanın xüsusi yeri var və bu yeri indi də qoruyub saxlayır. Bunu əsas tutaraq İz mədəniyyətin inkişafına dəstək ictimai birliyi olaraq paxlavanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsini dəstəkləyir, UNESCO-nun Qeyri-Maddi mədəni irsin qorunması üzrə Hökümətlərarası komitəsindən bu təşəbbüsə müsbət rəy verilməsini xahiş edirik.
( [email protected] ) ( [email protected] )
+994503190192
Fəridə Mirişova
İz Mədəniyyətin inkişafına dəstək ictimai birliyinin sədri