RU

İsrail hərbçiləri Livanda "Hizbullah"ın obyektlərinə aviazərbələr endiriblər

İsrail

İsrail Müdafiə Ordusu (SAXAL) bazar ertəsi gecə, kəşfiyyat məlumatlarına əsaslanaraq Livanda yerləşən şiə "Hizbullah" hərəkatının bir sıra obyektlərinə aviazərbələr endirib."Ulusum".az İnterfaks-a istinadən xəbər verir ki, Ordunun Telegram kanalında yayımlanan məlumatda bildirilir ki, zərbələr raket buraxılış platformasına, hərbi obyektə və "Hizbullah" tərəfindən silah qaçaqmalçılığı üçün istifadə edilən Suriya-Livan sərhədi boyunca marşrutlara endirilib.İsrail tərəfi bu obyektlərin "İsrail arxa cəbhəsi və SAXAL üçün təhlükə" təşkil etdiyini vurğulayıb."SAXAL, atəşkəs razılaşmasına uyğun olaraq İsrail dövlətinə qarşı hər hansı təhdidi önləmək və "Hizbullah" terror təşkilatının öz qüvvələrini bərpa etməyə hər hansı cəhdini dayandırmaq üçün fəaliyyətini davam etdirir", - deyə ordu nümayəndələri qeyd edib.Livandan bu zərbələrin nəticələri ilə bağlı hələlik məlumat daxil olmayıb.Səidə Mustafa

Diqqət Çəkənlər

Gələcəkdəki nəsillərə təsir edən "ataların borcları": Genetik yaddaş nədir və o, bizim gələcəyimizə necə təsir edir? -Ekspert danışır

Peskov: Putin və Trump arasında görüşə dair "konkret hazırlıq" işləri aparılmır

İtlər qoxu və davranışa görə insanın təhlükəsiz olub-olmamasını müəyyən edirlər

Избранный
25
11
ulusum.az

10Источники