Azərbaycan millisinin sabiq hücumçusu Amil Yunanov bu gün II Liqa təmsilçisi "Şəfa"nın heyətində məşqlərə başlayıb.
31 yaşlı oyunçu yeni komandası ilə I Liqaya vəsiqə qazanmaq niyyətindədir.
Yunanov Albaniyanın "Bilis" klubu ilə yollarını ayırdığını və daha əvvəl məsələ ilə bağlı FIFA-ya müraciət edib.
Qeyd edək ki, Amil Yunanov ötən ilin sentaybrında "Bilis" klubu ilə birillik müqavilə imzalamışdı.