RU

Kapital Bankdan şikayət: “Artıq sizdən imtina edirəm”

“Kimdə Kapital bankdan kəşbek debet kartı var ehtiyatlı olsun. Mən artıq bu bankla olan bütün əlaqələrimi kəsdim”. AzPost xəbər verir ki, bu barədə vətəndaş Bahar Abdullayeva məlumat verib. Vətəndaş deyir ki, bir neçə ildir bu kartdan istifadə edir. “Ancaq komunal ödənişləri və yol xərcimə istifadə edirəm və xərclərimi hər gün yazıram. Hər ayın sonunda da balansımı yoxlayıram. Hər gün işə gedib gələrkən sadəcə 1 azn yükləyirəm və o pul günün sonunda sıfırlanır”.

Bahar Abdullayeva bildirir ki,  2 gün əvvəl balansından 10 azn pul çıxılıb. “Səbəbini soruşanda isə guya BakıKart-dan balansıma 50 qəpik keşbeklər edilirmiş. Amma mən onu görməmişəm. Əgər mən hər gün 1 azn vururamsa, hər səhər o 50 qəpiyi görmədim. Məxarici görə bilirəm, amma mədaxili görə bilmədim?”

Vətəndaş bankın xidmətlərindən imtina etdiyini də açıqlayıb. “Hörmətli Kapital bank artıq sizdən imtina etdim, depozitim və digər vacib ödəmələrimi də sizdən çəkdim” -deyə o bildirirb.

Bank rəsmi olaraq vətəndaşa cavab verib. Bankın açıqlamasında bildirilir ki, istifadə olunmayan QR biletlər üzrə vəsait 3 – 30 aralığında kart hesaba qaytarılır.

“BakıKart QR-biletlərinə görə ödəniş məbləğləri texniki səbəbdən bəzi müştərilərin hesabına qaytarılıb. Məbləğin kart balansından çıxılacağını əvvəlcədən məlumatlandıraraq şəffaflıq prinsiplərinə sadiq qalmağa çalışırıq. Bu kimi halların təkrarlanmaması üçün tədbirlər görürük. Birbank tətbiqinin əsas səhifəsində “Tarixçə” bölməsinə daxil olub tarix aralığını 29.11.2024 – 05.12.2024 seçərək əməliyyatları izləyə bilərsiniz”.
Избранный
3
1
azpost.info

2Источники