Türkiyənin tanınmış aktrisası Bedia Ener 70 yaşında vəfat edib.
Yenisabah.az xəbər verir ki, məlumat aktrisanın sosial media hesabından paylaşılaraq təsdiqlənib. Mesajda, "Mən artıq mələk oldum. Sağ olun" ifadəsi diqqət çəkib.
Qeyd edək ki, Bedia Ener televiziya izləyicilərinin yaddaşında "Yaprak dökümü" serialında yaratdığı "Neyyir" obrazı ilə dərin iz buraxıb. Onun son ekran işi isə "Duy beni" serialı olub.
Telegram kanalımız