RU

Məktəblərdə mobil telefona qadağa QOYULDU

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Konqresin qəbul etdiyi ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib.

News24.az xəbər verir ki, qanunun qüvvəyə minməsi ilə həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq.

Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun “tamamilə” zəruri olduğunu və oxşar təcrübələrin digər ölkələrdə də həyata keçirildiyini bildirib.

Vəzifəyə gəldiyi gündən etibarən nazirləri və digər rəsmiləri keçirdikləri görüşlərdə telefondan istifadə etməmələri ilə bağlı xəbərdarlıq etdiyini bildirən Lula da Silva, cib telefonlarının diqqəti yayındırdığını vurğulayıb.

Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.

Eyni zamanda, Locomotiva İnstitutu və QuestionPro tərəfindən 2024-cü ilin oktyabrında aparılan sorğuya görə, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir.

Günel Məlikzadə


Избранный
3
1
news24.az

10Источники