“International Data Corporation” (IDC) bazar araşdırması şirkətinin hesabatına əsasən, 2024-cü ilin son rübündə qlobal smartfon satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4% artaraq 331,7 milyon ədəd təşkil edib.

İndex.az xəbər verir ki, hesabatda, satışların ardıcıl altıncı rübdə artdığı və qlobal smartfon satışlarının 2024-cü ildə illik bazda 6,4% artaraq 1,24 milyard ədədə çatdığı ifadə edildi.

Hesabatda bazarda böyümənin bu il daha yavaş da olsa davam edəcəyinin gözlənildiyi və bazarın ilk beş oyunçusunun satış rəqəmləri də yer alıb.

Hesabatda “Apple” və “Samsung”un dördüncü rübdə və il ərzində ilk iki mövqelərini qoruduqlarına, lakin illik bazda satışlarında azalma yaşandığına diqqət çəkilərək, iki şirkətin bazar paylarının qeydə alınan artım səbəbiylə azaldığı izah edilib.

IDC-nin məlumatına görə, ötən ilin son rübündə “Apple” 23,2% bazar payı ilə birinci yeri tutub.

“Samsung” 15,6% bazar payı ilə ikinci, “Xiaomi” isə 12,9%-lə üçüncü yeri tutub. “Transsion” və “Vivo” hər biri 8,2% bazar payı ilə dördüncü yeri bölüşdülər.

Keçən ilin son rübündə “Apple”ın smartfon satış həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 4,1, “Samsung”unki isə 2,7% azalıb.