Rusiyada Nijnekamsk şəhərinin "Beqişevo" beynəlxalq hava limanı Rusiyanın federal hava nəqliyyatı agentliyinin (Rosaviasiya) göstərişi ilə hava gəmilərinin enişi və uçuşunu müvəqqəti olaraq dayandırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
"Mülki hava gəmilərinin uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 14-də hava hərəkətinin idarəolunması orqanları Nijnekamsk ("Beqişevo") aeroportuna müvəqqəti məhdudiyyətlər tətbiq edib. Aeroport 08.30-dan (Bakı vaxtı ilə 09.30) etibarən müvəqqəti olaraq aviareysləri qəbul etmir və göndərmir",- deyə məlumatda deyilir.
Bundan əvvəl "Rosaviasiya" Rusiyanın bir sıra şəhərlərində, o cümlədən, Kazan aeroportunda oxşar məhdudiyyətlər tətbiq etmişdi.
Milli.Az