RU

Azərbaycanda daha bir qurumda çox sayda əməkdaşın İŞDƏN ÇIXARILDIĞI iddia edilir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaşın işdən çıxarıldığı bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat vətəndaşlar tərəfindən sosial mediada paylaşılıb.
Bildirilib ki, sözügedən əməkdaşlar (metodist) metodiki kabinetin bağlanmasına görə məcburi ərizə yazdırılaraq işdən xaric ediliblər.
Sözügedən məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.
Xatırladaq ki, daha öncə Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.
Aygün Mirakif
Избранный
10
27
oxu.az

10Источники