RU

Hakerlər ilk dəfə olaraq “iPhone15”isındırdılar

Bakı. Trend:

Kibertəhlükəsizlik üzrə tədqiqatçı Tomas Rot USB-C vasitəsilə“Apple”ə aid smarfonların təhlükəsizlik sistemini sındırmağınyolunu öyrənib.

Trend xəbər verirki, bu haqda “Apple Insider” nəşrində məqalə dərc olunub.

Məqaləyə əsasən, Rot bu nailiyyətini 38-ci “Chaos Communication”konqresində ictimaiyyətlə bölüşüb. Mütəxəssis “iPhone”un istifadəetdiyi ACE3 USB-C kontrolunun proqram təminatını müvəffəqiyyətləsındıra bilib.

Tomas Rot bildirir ki, bu “Apple”ın USB-C sistemini dəstəkləyənilk smartfonu sayılan “iPhone 15”in bazara çıxarıldığı (2023-cüilin payızı) andan ilk belə haldır. Tədqiqatçı sistemdə boşluğutapdıqdan sonra, kontroloru yenidən proqramlaşdırıb, nəticədətəhlükəsizlik protokollarından yan keçməyi mümkün edib.

O əmin edir ki, bu yolla sistemə daxil olan “haker” kontroloruməsafəli şəkildə də idarə edə bilir. Amma bunun üçünkibercinayətkarın “qurbanın” smartfonuna fiziki girişi və xüsusiUSB naqili olmalıdır.

"Apple" şirkəti hələlik mütəxəssisin bu iddiasını şərhetməyib.

Избранный
5
2
az.trend.az

3Источники