RU

Ceyhun Kərəmov: Peşə təhsili iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasına yönəlib

Bakı, 14 yanvar, AZƏRTAC

Peşə təhsilinə ayrılan vəsaitin ildən-ilə artması bu sahənin dövlətin diqqətində olduğunu göstərir. 2024-cü il büdcəsində peşə təhsilinə ayrılmış 82,2 milyon manat bu inkişafın maliyyə əsasını təşkil edir.

AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, ölkə rəhbərinin həyata keçirdiyi strategiyanın bir hissəsi olaraq təhsilin, xüsusilə peşə təhsilinin inkişafı nəzərdə tutulur: "Bu, həm peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, həm də keyfiyyətin artırılması ilə bağlıdır. Peşə təhsili yalnız məşğulluqla bağlı deyil, eyni zamanda, inkişaf etməkdə olan iqtisadiyyat üçün ixtisaslı kadrların hazırlanmasına yönəlib. Bu isə sahibkarlar, dövlət və cəmiyyət üçün çox faydalıdır".

Избранный
18
azertag.az

1Источники