Rusiyada hava limanında silahlı insident baş verib. Bu barədə Rusiya İstintaq Komitəsinin Şərq Regionlararası İstintaq Komitəsi məlumat yayıb. Qeyd edilib ki, Krasnoyarskda hava limanında iki nəfərə bıçaqla hücum edən miqrant barəsində cinayət işi açılıb.
Komitənin yaydığı ilkin məlumata görə, hadisə yanvarın 13-də aeroport kompleksinin birinci mərtəbəsində baş verib. "Əlində bıçaq olan əcnəbi heç bir səbəb olmadan iki nəfərə hücum edib. O, iti əşya ilə vətəndaşların bədəninə bıçaq zərbəsi endirməyə cəhd edib. Hadisəni törədən şəxsin hərəkətlərinin qarşısı digər vətəndaşlar tərəfindən alınıb", - məlumatda qeyd edilib.
Miqrant barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 3-cü bəndi üzrə cinayət işi açılıb. Şübhəli şəxs saxlanılıb, hazırda həmin miqrant barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələləri həll edilir.
Tural