RU

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Krallığında İslam İnkişaf Bankı çərçivəsindəəməkdaşlığın inkişafı müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, iqtisadiyyatnazirinin birinci müavini Elnur Əliyevin Səudiyyə ƏrəbistanıKrallığına səfəri çərçivəsində İslam İnkişaf Bankının prezidentiMəhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyənazirinin müavini Osman Çeliklə görüşü və Bankın “Müdirləringörüşü”ndə iştirakı zamanı baş tutub.

Qeyd olunub ki, İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidentiMəhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyənazirinin müavini Osman Çeliklə görüşdə qarşılıqlı maraq doğuranməsələlər ətrafında müzakirələr aparılıb.

Səudiyyə Ərəbistanı Krallığında İİB-nin “Müdirlərin görüşü”ndəBankın növbəti 10 il üçün strateji çərçivə sənədinin (2026-2035)formalaşdırılması ilə bağlı müzakirələr, qurumun prioritetləri vəistiqamətləri, eləcə də üzv ölkələrin inkişaf ehtiyacları ilə bağlıfikir mübadiləsi aparılıb.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizinİslam İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanınhəyata keçirdiyi layihələrə Bankın dəstəyinin yüksəkqiymətləndirildiyini vurğulayıb.

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycanın işğaldan azadolunmuş ərazilərində “Qız qalası su anbarından magistral suvarmakanalının tikintisi” üzrə İİB ilə tərəfdaşlıq haqqında imzalanmışsənədin əhəmiyyəti xüsusi qeyd edilib. Suvarma kanalınıntikintisinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəbeynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən ilklayihə olduğu diqqətə çatdırılıb.

Çərçivə sənədində müvafiq üzv ölkələrin yenidənqurma və bərpaehtiyaclarının, eləcə də iqlimə həssas regionlarda quraqlığınaradan qaldırılması kimi məsələlərə diqqət yetirilməsinin vacibliyiqeyd olunub. Nəqliyyat dəhlizləri, enerji şəbəkələri kimiirimiqyaslı infrastruktur layihələrinə sərmayə qoyuluşu, qlobaldavamlılıq məqsədlərinə uyğun gələn yaşıl infrastrukturlayihələrinin və rəqəmsal transformasiya təşəbbüslərinin önəminəzərə çatdırılıb.

Tədbirdə Bankın innovativ fəaliyyətə və inklüzivliyə sadiqolduğu vurğulanıb. Qurumun etibarlı tərəfdaş kimi mövqeyininmöhkəmləndirilməsi, fəaliyyət istiqamətləri ilə üzv ölkələrininkişaf prioritetlərinin uzlaşdırılması ətrafında fikir mübadiləsiaparılıb. Eyni zamanda, İslam İnkişaf Bankının dəstəyi ilə üzvölkələr arasında beynəlxalq layihələrin icrasının təşviqedilməsinin vacibliyi qeyd olunub.

Избранный
2
9
az.trend.az

10Источники