RU

“Paşinyan Azərbaycana dəhlizi verə bilər ki, müharibə olmasın” - Erməni ekspert

Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bəyanatlarından sonra Ermənistanın Baş naziri bir müddət anlaşılmayan “Sülh yollarının kəsişməsi” layihəsi haqqında danışa, sonra da: “Əgər siz müharibə istəmirsinizsə, onda güzəştə getməliyik ”, - deyə bilər. 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun həmtəsisçisi, ekspert Vahe Hovhannisyan News.am-ın müxbirinə müsahibəsində deyib. 

Ovanisyan qeyd edib ki, Azərbaycan gələcəkdə Ermənistanla danışıqlardan imtina edə, Rusiya, Türkiyə, İran və Aİ ilə danışıqlar apara bilər. “Heç kim düşünməsin ki, Azərbaycan Ermənistana təcavüz edərsə, Qərb sərt reaksiya verəcək. Bu prosesi dayandırmasaq, fəlakət baş verəcək", - deyə ekspert yekunlaşdırıb. 

ElcanMissiya.Az

Избранный
11
missiya.az

1Источники