Almaniya Ukraynaya “RCH 155” tipli haubitsaların tədarükünə başladı. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kassel şəhərində keçirilən mərasimdə məlumat verib. Almaniyalı nazir bildirib ki, son dövrdə 420-dən çox ukraynalı əsgər Almaniyada təlim keçib.
Ukraynanın Almaniyadakı səfiri Oleksi Makeyev isə Ukraynanın təcili müdafiə ehtiyaclarına diqqət çəkərək edilən tədarükə görə təşəkkür edib. Oleksi Makeyev deyib: “Bir gün danışıqlar masasına oturduğumuz zaman, güclü alman silahları ilə müdafiə olunmaq və Almaniyanın yanımızda olduğunu bilmək yaxşı olacaq”.
Məlumata görə, Almaniya ümumilikdə Ukraynaya 54 “RCH 155” haubitsası verəcək.