RU

İrəvanın ABŞ ilə strateji tərəfdaşlıq sənədi nə vəd edir ? – “Bakı Tramp adminstrasiyasına izah etməlidir ki...”

Bu gün axşam saatlarında Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədi imzalayacaqlar.

“AzPolitika” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Dünən XİN bildirib ki, Mirzoyan yanvarın 14-dən 15-dək Vaşinqtonda işgüzar səfərdə olacaq, amerikalı tərəfdaşlarla, o cümlədən ABŞ dövlət katibi Entoni Blinkenlə görüşlər planlaşdırılıb.

“Respublika Uğrunda” partiyasının lideri Arman Babacanyan ötən həftə bəyan etmişdi ki, Ermənistan və ABŞ gələn həftə Vaşinqtonda sənəd imzalayacaq. Onun sözlərinə görə, bu sazişin bir neçə əsas istiqaməti, o cümlədən təhlükəsizlik sahəsini əhatə edəcək.

ABŞ-Ermənistan arasında imzalanaaq sözügedən sazişi şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Trampın seçkilərə qələbəsindən sonra Paşinyan hökuməti, gözlədiyimiz kimi, yeni administrasiyadan da dəstək almaq üçün ABŞ-la münasibətləri mümkün qədər institutsionallaşdırmağa çalışır: “2023-cü ilin sonundan ABŞ və Aİ Ermənistana tam dəstək kursu götürüblər və nəticədə aprelin 5-də Brüsseldə sənəd imzalanıb. Şübhəsiz ki, bu, geosiyasi addımdır və o zaman Azərbaycan Prezidenti İlham Əliyevin də danışdığı geosiyasi Gürcüstan-Ermənistan xəttinin həyata keçirilməsini nəzərdə tutur. Hələ tam geosiyasi xətt üzrə hər şey qaydasında deyil, çünki Gürcüstanın Qərblə münasibətləri mürəkkəbləşib, Ermənistanla isə hər şey öz qaydasındadır”.

Ekspert qeyd edir ki, prezident seçkilərindəki məğlubiyyətdən sonra Bayden administrasiyası Ermənistanla strateji münasibətləri rəsmiləşdirmək də daxil olmaqla son addımlarını atır.

Onun sözlərinə görə, bu, Tramp administrasiyasını strateji tərəfdaşlıqdan irəli gələn öhdəliklərə - Paşinyan hökumətinə hərtərəfli dəstək və ABŞ-nin regiondakı siyasətini Ermənistanın maraqları ilə əlaqələndirmək məqsədi ilə edilir.

“Trampın Baydenin irsinə və ümumilikdə Demokratlara necə baxdığını nəzərə alsaq, hər şeyin o qədər də aydın olmadığını söyləmək düzgün olar. Bakı yeni administrasiyaya başa salmağa çalışmalıdır ki, ABŞ-nin Azərbaycana qarşı siyasətini erməni maraqları süzgəcindən keçirməklə davam etmək, demokratların siyasətinin təkrarı olacaq”, - ekspert qeyd edib.

Poltoliq deyir: “Əsas sual budur: Tramp və onun administrasiyası dondurulmuş statusla da olsa, hələ də KTMT-nin üzvü olan, Avrasiya İqtisadi ittifaqı (Aİİ) və Gömrük İttifaqı (Gİ) tamhüquqlu üzvü olan və Rusiyanın ikitərəfli əsasda hərbi-siyasi müttəfiqi olan ölkəyə ABŞ yardımının verilməsi ilə kifayətlənəcəkmi? Bütün bu palitradan Paşinyan Trampa sədaqətini nümayiş etdirmək və davamlı dəstək, yardım əldə etmək üçün yalnız KTMT üzvlüyünü qurban verə biləcək. Nədənsə Rusiya Ermənistanın Aİİ çərçivəsində aldığı iqtisadi üstünlükləri onun KTMT-yə üzvlüyü ilə əlaqələndirdi. Görək Ermənistanın KTMT-dən rəsmi çıxacağı təqdirdə Rusiya nə dərəcədə ardıcıl olacaq”.

F.Məmmədovun sözlərinə görə, KTMT üzlərindən artıq ABŞ-nin iki strateji tərəfdaşı var - Qazaxıstan və Ermənistan: “İranla sərhəddə ABŞ-ın yeni strateji tərəfdaşı peyda olacaq... Paşinyan ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalamaqla ölkə daxilində mövqelərini möhkəmləndirir. Erkən parlament seçkilərinin keçirilməsi üçün kart - balanş əldə edir. Azərbaycan üçün ABŞ və Ermənistan arasında bu sənədin imzalanması yeni xəbər deyil. Bakının xəbərdarlıqlarına baxmayaraq, Blinkenin rəhbərlik etdiyi Dövlət Departamenti Ermənistan mərkəzli siyasət yürütdü ki, bu da həm ABŞ-ın Azərbaycanla münasibətlərində böhranlı məqamlara, həm də şəxslər arası ittihamlara səbəb oldu. Nəticədə Blinken son erməni mərkəzli addımını atdı”.

Fərhad Məmmədov ümid etdiyini bildirib ki. ABŞ-nin Ermənistanla strateji tərəfdaşlığına dair sənədin mətni açıqlanacaq. Bunun nəticəsində nəhayət, sənəddə hansı strateji əməkdaşlıq sahələrinin və tərəflərin öhdəliklərinin qeyd edildiyini öyrənəcəyik: “Daha Ermənistan və Gürcüstan arasında yalnız İrəvanda yenidən imzalanandan sonra ictimaiyyətə açıqlanan sazişin mətni kimi olmayacaq. Bakı üçün əsas odur ki, Tramp administrasiyası Ermənistanla razılaşmalara nə dərəcədə əməl edəcək, Ermənistan üçün “açıq yoxlama” siyasəti davam etdiriləcəkmi, Amerika-Azərbaycan münasibətləri Amerika-Ermənistan münasibətlərinin girovunda qalacaqmı?”

Ekspert vurğulayır ki, bu suallara cavabları ilin birinci yarısında ABŞ-da Tramp administrasiyasının əsas xarici siyasət rəsmiləri öz yanaşmalarını formalaşdırdıqları zaman alacağıq. Onun sözlərinə görə, bununla yanaşı, regionumuzla münasibətlərə Ukrayna, Yaxın Şərq/İrandakı proseslər, ABŞ-nin Aİ ilə münasibətləri və s. təsir edəcək...

“Gələcəkdə Azərbaycan ərazisində cinayət törətməkdə ittiham olunan Ermənistan vətəndaşlarının məhkəmələri və kənar vasitəçinin olmadığı ikitərəfli danışıqlar formatının davam etdirilməsi var”, - politoloq xatırladıb.

Rasim Əliyev

“AzPolitika.info”

Избранный
4
50
azpolitika.info

10Источники