AZAL aviaşirkətinə məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı “qara qutular”dakı ilk məlumatlar insidentlə bağlı KİV-də yayılan bəzi məlumatları təsdiqləmir. Manset.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. "Biz yüksək qiymətləndirdik ki, azərbaycanlı dostlarımız bütün amilləri nəzərə alaraq Rusiya Federasiyasının istintaqda iştirakını dərhal dəstəklədilər. Braziliyada xüsusi iclas keçirildi, "qara qutular" açıldı, onların içindəkilər artıq çox məlumat təqdim edib. “Qara qutular”dakı məlumatlar bir daha təsdiqləyir ki, tam araşdırmanı gözləmək lazımdır”, - Lavrov bildirib. O qeyd edib ki, araşdırmalar bitməmiş “qara qutu”lardan əldə edilən məlumatlarla təsdiqini tapmayan KİV məlumatlarından istifadə edərək vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur.