RU

Türkiyəli məşhur prokurorluğa çağırıldı

Serial və film sektorunda inhisarçılıq iddiaları ilə bağlı menecer Ayşe Barıma qarşı başladılan istintaqda yeni hadisələr baş verib. 

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Aktrisa Serenay Sarıkaya istintaq çərçivəsində sabah şahid qismində Prokurorluğa ifadə verəcək. Onun bank hesabları nəzarətə götürlüb.Qeyd edək ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən serial və film sənayesində vergidən yayınma iddiaları ilə bağlı menecer Ayşe Barım barəsində yanvarın 10-da istintaq başladılıb.

Sosial media platformalarında menecerlə bağlı məlumatlar bir xəbərdarlıq kimi qəbul edilib. Sözügedən iddialarda Barımın bir iş adamından reklam sövdələşməsi üçün 5 milyon dollar alması, sektorda monopoliyaya səbəb olduğu iddia edilib.Zərintac MayisqızıMissiya.Az

Избранный
17
missiya.az

1Источники