RU

Blinkenlə Mirzoyanın sənəd imzalaması siyasi şoudur -

“Bu gün Vaşinqtonda ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanacağı gözlənilir. Dünən Bayden özünün son nitqini səsləndirəndən sonra Blinkenin Mirzoyanla sənəd imzalanması gülməlidir. Belə çıxır ki, Blinkenin hakimiyyətdə olduğu illərdə Mirzoyanla sənəd imzalanmağa imkanı olmayıb. İndi isə yəqin ki, işi gücü olmadığından Mirzoyanla son vida sənədini imzalayır”. Bu sözləri Metbuat.az-a açıqlamasında millət vəkili Azər Badamov Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq haqqında sənəd barədə söyləyib. O bildirib ki, Bayden administrasiyası Ermənistanı həmişə dəstəkləyib: “O cümlədən Avropa İttifaqı ilə bir yerdə üçtərəfli saziş imzalamaqla, maliyyə və hərbi yardımlar göstərməklə də Bayden administrasiyası Ermənistanın yanında olduğunu nümayiş etdirib. İndi isə son məqamda bu sənədi imzalamaqla Tramp administrasiyası qarşısında Ermənistanla bağlı bir vəzifəni qoyub getmək istəyir. Amma Tramp üçün Blinkenin imzaladğı sənəd əhəmiyyətli olmayacaq. Çünki Tramp ikitərəfli münasibətlər, ABŞ-nin milli maraqları konteksində güclü dövlətlərlə qurmaqda maraqlı olacaq”. “Bu baxımdan Ermənistanla imzalanacaq sənədi Tramp hakimiyyəti dövründə tarixin arxivinə göndəriləcəyini və ABŞ-nin Azərbaycanla münasibətləri yeni bir müstəvidə inkişaf edəcəyini hesab edirəm”, - siyasətçi qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
5
1
metbuat.az

2Источники